Şam ağacları kökündən çıxarılır, əvəzində zəhər yayan kollar əkilir – İMİŞLİDƏ(FOTO)

11:00 6.02.2023 1 884
Şam ağacları kökündən çıxarılır, əvəzində zəhər yayan kollar əkilir – İMİŞLİDƏ(FOTO)

Rayon İH-nin başçısı Elçin Rzayevin imtiyazlı ailələrin qayğıları ilə maraqlanmadığı da iddia olunur

İmişli rayonunun mərkəzi küçələrində şam ağacları çıxarılır, əvəzində ekoloji baxımdan heç bir keyfiyyəti olmayan, pis qoxulu ağaclar əkilir. Bu barədə "Becan.az"-a rayon sakini Mehman Məmmədoğlu yazılı müraciət-məlumat göndərib.

Məlumata əsasən, oksigen istehsaletmə qabiliyyətinə görə insan həyatı üçün vacib olan şam ağaclarının gərəksiz ağaclarla əvəzlənməsi İmişli RİH-nin başçısı Elçin Rzayev tərəfindən həyata keçirilir. Müraciətdən alınan bilgiyə görə, yeni əkilən kol-ağaclar havaya zəhərli qazlar buraxdığı üçün insan həyatı üçün çox təhlükəlidir.


Müraciət edən daha sonra bildirir:

"İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun mərkəzi küçələrindən olan Məşədi Əzizbəyov küçəsindəki şam ağaclarını kökündən çıxartdıraraq, yerinə qəbirstanlıqlarda məzarların ətrafına əkilən pis qoxulu və insan həyatı üçün təhlükəli olan (deyilənə görə, həmin ağaca "sitir kafir" ağacı deyilir-M.M.) gül kolları əkdirir. Səbəbini soruşanda cavabdehlər deyirlər ki, bu kollara mal-qara dəymir. Maraqlıdı, görəsən, İmişli rayon KTİB-də ("Komxoz" və ya DOST xidməti-M.M.) işləməyə-işləməyə dövlət büdcəsindən o qədər əməkhaqqı alanlar var, onlardan şam ağaclarının qorunmasında istifadə etmək olmaz?.. İmişlilərin həyatı icra başçısı üçün bu qədər dəyərsizdir?!."

Müraciət-məlumatda qeyd olunur ki, sadə insanları dinləyən yoxdu, lakin icra hakimiyyətində çalışan imişlilər arasında da bu ekoloji cinayətə etiraz edən tapılmır: "İH-də elə bir ürəkli adam yoxdu ki, çıxıb deyə, "Ay Elçin müəllim, şam ağaclarının əvəzinə insan sağlamlığı üçün təhlükə mənbəyi olan bu kolları rayon küçələrinə əkdirib, zəhər yaymaqla, niyə biz imişliləri bu qədər aşağlayırsan?!. Bunu deməyə cəsarət lazımdır! Görünür, hər kəsə öz postu, vəzifəsi şirindi, qara caamatın taleyi yox!

Apardığım müşahidələrdən bəlli oldu ki, "gül kolu" adı altında əkilən zəhərli kollar icra hakimiyyətinin inzibati binasının həyətinə yığılaraq, sayla Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Fuad Kərimova təhvil verilir və bilavasitə əkin prosesi onun rəhbərliyi altında aparılır. Əkin əməliyyatınısa KTİB-nin və DOST xidmətinin işçiləri icra edir".



İmişli sakini rayonda görülən bir neçə abadlıq işinə toxunaraq, o işlərdə baş vermiş özəl məqama da diqqət çəkir: “Düzdü, İmişli rayon mərkəzində Sabir və Füzuli heykəllərinin ətrafındakı parklar abadlaşdırılıb, bir neçə küçələrə piltə daşlar döşənib, amma keyfiyyəti şübhə doğuran döşəmə daşları İH başçısı Elçin Rzayevə məxsus daş sexində istehsal olunur. Bundan əlavə Elçin Rzayev başçı işlədiyi bu illər ərzində İmişli rayonunda başqa heç bir yenidənqurma işi aparmayıb.
Elçin Rzayev ona müraciət edən vətəndaşları da doğru-dürüst qəbul etmir, sakinlərin problemlərii ilə maraqlanmır,ən yaxşı halda qəbul etdiyi vətəndaşlara yalan vədlər verməklə işini bitmiş hesab edir. Hətta, Vətən uğrunda savaşda həyatlarını itirmiş şəhidlərin ailələrinə, sağlamlıqlarını itirmiş qazilərə, veteranlara da, o, diqqət ayırmır.
Bütün bunlara görə, xahiş edirik, imişlilərin problemlərinin ictimailəşməsində bizə yardımçı olasınız”.

Müraciətdə adı hallandırılan qurumların və şəxlərin mövqelərini dinləməyə və dərc etməyə hazırıq.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}