Biləsuvarda ekoloji cinayət - VİDEO

17:21 16.01.2023 1 507
Biləsuvarda ekoloji cinayət - VİDEO

Kafe sahibinin yaxınlıqdakı yaşıllığa qənim kəsildiyi bildirilir

Biləsuvar rayonundan Becan.az-a yaşıl ağacların kütləvi kəsilməsi ilə bağlı video material daxil olub. Materialı göndərən Mehman Məmmədoğlu qeyd edir ki, Biləsuvar rayonuna məxsus, lakin Cəbrayıl rayon sakinlərinin məskunlaşdığı 8-ci Qəsəbə ərazisində yerləşən kafenin sahibi İqbal adlı şəxs, yaşıllığı yandırmaq məqsədilə kəsir.

Video materiala əlavə edilən yazılı bilgidə göstərilir ki, sözügedən kafe 8-ci qəsəbə ərazisindəki “Kapitalbank”-ın sol tərəfində yerləşir. Açıq mənbə yazısında daha sonra bildirilir:

“Kafenin sahibi İqbal adlı şəxs Cəbrayıl rayonunun Mehdili kənd sakinidir. İstifadəsində olan kafe, təxminən, 15 il olar ki, fəaliyyətdədir. Öyrənmişəm ki, kafenin heç bir sənədi yoxdur, sadəcə, İqbal qaçqınlıq həyatı yaşadığından, zəbt şəklində olsa da, ona iaşə obyektinin işlədilməsi baxımından, dövlət idarələri tərəfindən bu vaxtadək problem yaradılmayıb. Kafenin yerləşdiyi ərazi isə qəsəbədə yerləşən Mənzil İstismar sahəsinin (JEK) balansındadır.
Kafedə mavi yanacaq olmadığından, qış aylarında istilik məqsədilə yaxınlıqdakı yaşıllıq zolağından iri ağacları kəsib, oduncağa çevirib, yandırırlar. Videoda da göründüyü kimi, 6 ədəd böyük söyüd ağacı təzəcə kəsilib və doğranaraq obyektin quruluğunun altına yığılıb. Nə qədəri yandırılıb, deyə bilmərəm, fakt 6 yaşıl ağacın kəsildiyi göz önündədir.”

M.Məmmədoğlu vurğulayır ki, yaşıllıq zolağının kütləvi qırılması ilə bağlı aidiyyatı qurumlara da məlumat verib:

“Aidiyyatı üzrə ekspert rəyi, icazə sənədi olmadan kəsilən ağacların taleyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biləsuvar Regional idarəsinin Talıb adlı nümayəndəsinə dekabr ayının sonlarında məlumat verilib, lakin hələ də əraziyə baxış keçirilib, müvafiq tədbirlər görülməyib. Əvvəlcə ekoloji hadisədən xəbərsiz olduğunu söyləyən ETSN səlahiyyətlisinin, ona xəbər veriləndən sonra da bu ekoloji cinayətə susqunluqla yanaşması, başa düşülən hal deyil.”

Mövzunu diqqətdə saxlamaqla, adı çəkilən şəxslərin cavab fikirlərini dinləməyə hazırıq.



Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}