Bəxtiyar Hacıyev istintaq təcridxanası administrasiyasından şikayətlənib

21:01 6.02.2023 1 639
Bəxtiyar Hacıyev istintaq təcridxanası administrasiyasından şikayətlənib

Hüquq müdafiəçisi Bəxtiyar Hacıyev 29 gündür ki, 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir.

Fevralın 6-da vəkillər Nemət Kərimli və Rövşən Rəhimli ona baş çəkiblər.

O zəifləyib, rəngi saralıb, gözlərinin altında qara ləkələr əmələ gəlib. 29 günlük aclıq zamanı Bəxtiyar 14,5 kiloqram arıqlayıb və indi çəkisi 70 kiloqramdır, vəkil Rövşən Rəhimli bildirib.

O, istintaq təcridxanasının tibbi-sanitar hissəsindədir. Penitensiar Xidmət Hacıyevin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsilə bağlı vəkillərin vəsatətinə cavab verməyib.

"O, aclığı davam etdirməkdə israrlıdır. Onun aclıqdan ölməsinə imkan verməməyə çalışırıq", - vəkil deyib.

Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsindən "Turan" agentliyinə bildiriblər ki, Bəxtiyar Hacıyev həkimlərin nəzarəti altındadır, həyatı üçün təhlükə yoxdur.

Bəxtiyar Hacıyev vəkilləri vasitəsilə ombudsmana müraciət edərək, istintaq təcridxanasında onun şəxsi yazışma hüququnun pozulduğundan şikayət edib.

Belə ki, onun yaxınlarına, həmkarlarına, diplomatlara və ictimaiyyətə müraciətləri vəkillərdən alınır. "Bu şəxsi yazışmalar mənə qarşı cinayət işinin istintaqı ilə əlaqəli deyil. Amma Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları məhkəmə zalından çıxanda mənim fotomu çəkdilər və təhrik etdilər, onu hər yerə göndərəcəklərini bildirdilər", - müraciətdə deyilir.

Ombudsmanın ofisi Bəxtiyar Hacıyevin müraciətinə cavab verməyib.

Dekabrın 9-da Bəxtiyar Hacıyev "xuliqanlıq" və "məhkəməyə hörmətsizlik" ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbilə aclıq elan edib. Dekabrın 28-də ictimaiyyətin və ailə üzvlərinin təkidli çağırışlarından sonra aclığı dayandırıb. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığa yenidən başlayıb və indiyədək davam etdirir. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}