Xoy şəhərində 130 min soydaşımız evsiz qalıb

15:38 11.02.2023 1 356
Xoy şəhərində 130 min soydaşımız evsiz qalıb

Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində 130 min nəfər evsiz qalıb.

Bu barədə Güney Azərbaycana bağlı informasiya mənbələri məlumat yayıb.

Bildirilib ki, evləri dağılan güney azərbaycanlıların çadır düşərgələrində yerləşdirildiklərinə dair rəsmilər açıqlama verirlər. Yerli sosial media fəalları düşərgələrdə minlərlə insanın acınacaqlı durumda olduğunu yazırlar.

Güney Azərbaycan bölgələrindən zəlzələdən zərərçəkənlər üçün 120 milyard tümən (2 milyon 400 min avro) dəyərində yardım toplanıldığı vurğulanıb.

Qeyd edək ki, yanvarın sonunda bir həftədə Xoyda iki dəfə zəlzələ baş verib. Rəsmi məlumatlara əsasən, yeraltı təkanlar nəticəsində 5 mindən çox ev dağılıb, 12 mindən artıq yaşayış binası zədələnib. Təbii fəlakət nəticəsində ölənlər və yaralananlar var.

Xatırladaq ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan və Türkiyənin uyğun qurumları yardım etmək istədiklərini bildirmişdi. Tehran rejimi bu humanist addımdan imtina etmişdi. Hakimiyyət fevralın 9 və 10-da Rusiya və Ermənistandan Güney Azərbaycanın Xoy şəhərinə aparıldığı iddia olunan yardımları qəbul edib.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}