Cəlilabadda Şəhid ailəsi, Qarabağ müharibəsi qazisinə nə ev, nə də iş verilmir - ŞİKAYƏT

12:23 12.02.2023 1 933
Cəlilabadda Şəhid ailəsi, Qarabağ müharibəsi qazisinə nə ev, nə də iş verilmir - ŞİKAYƏT

Yenixeber.org: Cəlilabad rayonu, Cəlilabad şəhəri, Təbriz kücəsi, ev 45 ünvanda yaşayan İsmayılov Qamət Əsəbəli oğlu redaksiyamıza müraciət edərək, məmurlar tərəfindən hüquqpozmalara məruz qaldığını bildirmişdir.

Şəhid ailəsinin üzvü, müharibə veteranı, qazi olduğunu, hələ şagird olduğu 1990-cı ildə 20 Yanvar hadisələrindən, 1991-1994-cü illər I Qarabağ müharibəsindən çox təsirləndiyini, 2020-ci il Vətən müharibəsində ön cəbhəyə kömək etdiyini xatırlayan Qamət İsmayılov bildirir ki, onun II qrup əlil olmasına baxmayaraq, Cəlilabad rayonunun keçmiş hərbi komissarı polkovnik Novruzəli Orucov onu könüllülər sırasında I Qarabağ döyüşlərinə yollayıb, məmur övladlarına isə saxta xəstəlik tarixçəsi tərtib edərək, yararsız adı ilə hərbi xidmətdən saxlamışdır.

Q.İsmayılov şəhid ailəsi üzvü, müharibə veteranı və əlili kimi dövlətdən ev-mənzil almaq cəhdlərinin məmurlar tərəfindən törədilən maneələrə, süründürməçiliyə görə indiyədək nəticə vermədiyini yazır. Onun adlarını çəkdiyi keçmiş və indiki yüksək vəzifəli şəxslərin (keçmiş və indiki daxili işlər nazirləri və onların müavinləri, keçmiş və indiki səhiyyə nazirləri və onların müavinləri, daxili qoşunların keçmiş və indiki komandanları və onların müavinləri, keçmiş və indiki əmək və əhalinin sosial müdafiəsi nazirləri və onların müavinləri, keçmiş və indiki təhsil nazirləri və onların müavinləri, Cəlilabad rayonunun keçmiş və indiki icra başçıları və onların müavinləri, siyahısından görünür ki, hüququ üçün müraciət etmədiyi yuxarı instansiya, qəbullarına düşmədiyi aidiyyəti orqan rəhbəri qalmayıb. Bəzən yalançı vəıdlərlə, bəzən rüşvət tələbi ilə, bəzən “ötür-ötür oyunu” ilə, bəzən də hədə-qorxu ilə rastlaşıb.

Təkcə özünün problemi ilə kifayətlənmədiyini, hüquqları pozulan başqa vətəndaşların da acınacaqlı vəziyyətlərinə biganə qala bilməyən Q.İsmayılov onlardan ötrü aidiyyəti qurumlara, yerli məmurlara etdiyi müraciətlərə (şikayət, təklif və s.) həssas yanaşılmadığını, qaldırdığı məsələlərin çox az qisminin həllini tapdığını bildirir.

İşə düzəlmək üçün müraciət etdiyi Cəlilabad rayon İdman və Gənclər İdarəsinin keçmiş rəisi Ramin Rəhimov, təzə rəis Elçin Hüseynov, onun I müavini Vüqar Cavadov, II müavini Salamat Nəcəfov, III müavin Xalid Hüseynov, mühasib Tahir Rufullayev, direktor Natiq Rzayev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Firudin Paşayev ona işlə təmin edəcəkləri barədə söz versələr də, vədlərinə xilaf çıxıblar. Sabiq Gənclər və İdman naziri, mərhum Azad Rəhimova, indiki nazir Fərid Qayıbova müraciətləri də müsbət nəticə verməyib.

Cəlilabad rayon Təhsil Şöbəsinin sabiq və indiki müdirləri Ədalət Əsgərov, Vidadi Dövlətov, əməkdaşları İlham Salmanov, Elminaz Nadirova, Rəqsəndə Baxışova, Sərxoş Mirzəyev, Səxavət Şükürov, Ələkbər Nifdiyev, Ərəstun Vəliyev, Zaur Əzizov, Ərəstun Hüseynov, Gülsurə Həsənova, Rəşad Salmanov, Hafis Cavadov, Qərənfil Həsənova, Nəbi İsgəndərov, Axan Agayev, Abas Zülfüqarov da Qamət İsmayılovun “qara siyahısına” düşüblər. Q.İsmayılov Olimpiya komitəsinin vitse — prezidenti Xəzər İsayevə, Cəlilabad Olimpiya Kompleksinin rəhbəri Cavid müəllimə, “Məhsul” kənd konullu Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Respublika Şurasının sədri Rasim Əliyevə, Cəlilabad “Məhsul” könüllü İdman Cəmiyyətinin direktoru Aləddin Əliyevə müraciət edərək idmançı kimi iş istədiyini, ona söz verilsə də, əməl edilmədiyini bildirir.

Q.İsmayılov vəd edib ki, məmur özbaşınalıqlarına dair bildiyi faktları saytımızın oxucuları ilə bölüşəcək.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}