Saakaşvili həmrəylik aksiyasının iştirakçılarına, dəstəyə görə, təşəkkür edib

19:58 5.01.2023 1 717
Mixail Saakaşvili: “Ukraynaya Rusiya ilə müharibədə tam qalib gəlmək üçün on ay vaxt lazımdır”
Saakaşvili həmrəylik aksiyasının iştirakçılarına, dəstəyə görə, təşəkkür edib

Aksiya iştirakçıları sabiq prezidentin azad edilməsini və ona Avropa İttifaqındakı klinikada müalicə almağa imkan yaradılmasını tələb edib


Gürcüstanın üçüncü prezidenti Mixael Saakaşvili Gürcüstanda, Avropa ölkələrində və ABŞ-da keçirilən dəstək aksiyasının iştirakçılarına təşəkkür edib.

Meydan TV: “Kavkazski uzel”in yazdığı kimi, Saakaşvilinin tərəfdarları yanvarın 4-ü sabiq prezidentə dəstək məqsədilə bir sıra aksiyalar keçirib. Gürcüstanın Çorvile kəndində etiraz aksiyası yerli sakinlərlə toqquşma ilə nəticələnib. Aksiya təşkilatçıları hakim partiyanı təxribatda günahlandırıb. Avropa ölkələrində həmçinin Saakaşvili ilə həmrəylik aksiyaları keçirilib. Həmin aksiyalarda çeçen diasporunun nümayəndələri iştirak edib.

Yanvarın 4-ü Gürcüstanın ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Belçika, Niderland, Çexiya, İsveç, İsveçrə, Bolqarıstan, İspaniya, Yunanıstan, İsraildəki baş konsulluq və səfirliklərində Mixael Saakaşviliyə dəstək məqsədilə “#SaveMisha” aksiyaları keçirilib, – “Gürcüstan-onlayn” yazır.

Saakaşviliyə həmrəylik aksiyaları həmçinin Ermənistan, Latviya, Ukrayna, Polşa, Moldovada baş tutub. İsveçrənin Rusiyadakı səfirliyinin Gürcüstan maraqları seksiyasındakı aksiyaya bir neçə adam gəlib, – “Exo Kavkaza” xəbər verir.

Aksiya iştirakçıları sabiq prezidentin azad edilməsini və ona Avropa İttifaqındakı klinikada müalicə almağa imkan yaradılmasını tələb edib.

Mixael Saakaşvili müalicə aldığı “Vivamed” klinikasından həmrəylik aksiyası iştirakçılarına dəstəki sözləri göndərib. “İnsanlığınıza və dəstəyinizə görə sizə minnətdaram”, – “Pirveli” ondan sitat gətirir.

O, həmçinin sosial şəbəkələrdə dörd dildə (ukrayna, gürcü, ingilis və rus dillərində) təşəkkür sözləri olan foto dərc edib.

2022-ci il noyabrın 19-u Saakaşvilinin vəkili xarici həkimlərin ekspertizasına əsaslanaraq ehtimal edib ki, siyasətçi Gürcüstanda həbs ediləndən sonra zəhərlənib. O, zəhərləyici maddələrin Saakaşvilinin orqanizminə necə düşməsinin aydınlaşdırılmasını tələb edib (məhbəsdə olarkən, yoxsa “Vivamed” klinikasına köçürülərkən). Noyabrın 21-i Ədliyyə Nazirliyinin başçısı xəbər verib ki, Saakaşvilinin zəhərlənməsi barədə rəy Penitensiar xidmətə təqdim edilməyib, bu səbəbdən də əlaqədar qurum ona toksikoloji ekspertiza təşkil edəcək.

Lakin dekabrın 24-ü Saakaşvili gürcü həkimlərə inanmadığını bildirərək, amerikalı və ya avropalı ekspertlərin iştirakı olmadığı təqdirdə zəhərlənməni müəyyənləşdirmək üçün testdən keçməkdən imtina edib. O, dekabrın 27-si test keçməkdən təkrara imtina edib.

Saakaşvili həbs olunandan sonra üç dəfə aclıq elan edib: birincisi 2021-ci ilin oktyabr-noyabr aylarında 50 gün, ikincisi – 2022-ci ilin fevral-mart aylarında 20 gün davam edib. Saakaşvili üçüncü dəfə aclığı 2022-ci il dekabrın 14-ü elan edib. Lakin elə həmin gün Avropa Parlamentinin deputatları onu aclıqdan imtina etməyə inandıra bilib. Saakaşvilinin vəkilləri dəfələrlə onun sağlamlığının təhlükədə olduğunu bəyan edib.

Gözdən qaçırmayın: Yanvarın isti keçməsi Avropada enerji böhranını yüngülləşdirəcək
Saakaşvili Gürcüstana 2021-ci ilin sentyabrında qayıdıb və elə həmin vaxt da həbs olunub, belə ki, iki cinayət işi üzrə qiyabi şəkildə azadlıqdan məhrum edilmişdi.
BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}