Dazıotu və onun faydaları - TƏBABƏT

20:44 24.02.2023 14 178
Dazıotu və onun faydaları - TƏBABƏT

Dazıotunun çox geniş təsir spektrini nəzərə alıb, bəzi xeyirli xüsusiyyətlərini diqqətə çatdırırıq.

Bitkinin tibdə yerüstü hissəsi, əsasən otu və çiçəkləri istifadə olunur.

Tərkibində hiperisin, flavonoid-lər, kversetin, rutin, hiperozid, ksantonlar və s. maddələr var.

Dazıotunda tapılan hiperforin və adhiperforin maddələri serotonin, noradrenalin, dofamin kimi maddələrin miqdarını artırır, bu təsiri sayəsində hal-hazırda Avropada depressiyanın müalicəsində geniş istifadə olunur. Bu bitkinin sulu dəmləməsi CYP 3A4 fermentini aktivləşdirdiyindən, bədənimizə daxil olan kimyəvi dərman maddələrinin daha sürətli parçalanmasına və toxumalarımızda yığılıb qalmamasına şərait yaradır. O səbəbdən bütün növ kimyəvi dərmanlarla birlikdə təyini məqsədəuyğundur.

Bu bitkidə tapılan hiperisin və hiperforin maddələri dəridə qaşınma və ləkə kimi problemlərdə yaxşı təsir edir, dərini yeniləmək üçün istifadə olunur.

Aparılmış tədqiqatlar bu bitkinin çox güclü virusöldürücü təsirini də ortaya çıxarmışdır.

İn vivo (cansız şəraitdə) aparılmış sınaqlarda hiperisinin şiş əleyhinə təsiri ortaya çıxmışdır və bu sahədə araşdırmalar davam edir.

Trofik yaraların müalicəsində tətbiq olunur.

Dazıotu menopauza dövründə qadınlarda müşahidə olunan həyəcan, istibasma, halsızlıq, bədəndə ağrı kimi əlamətləri də aradan qaldırır.

Aybaşı öncəsi gərginliyi olan qadınların psixi vəziyyətini 50% yaxşılaşdırır.

Hamiləlikdə istifadəsi məsləhət görülmür.


Dazıotu çayının istifadəsi:

- depressiyanın bütün formalarında;

- ürək döyüntülərinin artması (taxikardiya) zamanı;
menopauza dövründə;

- diqqətsizlik və hiperaktivlikdə;

- halsızlıq, yorğunluq, asteniya kimi psixoloji durumlarda;

- fibromiomalarda;

- bütün növ ağrıların azaldılmasında;

- şiş xəstəliyinin müalicəsində köməkçi vasitə kimi;

- vitiliqo (alalıq) xəstəliyində;

- nevrit və sinir ağrılarında;

- babasildə;

- ishalda;

- yara və yanıqlarda.

Dazıotu dəmləməsinin hazırlanma qaydası:

3 xörək qaşığı dazıotu 3 stəkan suda dəmlənilir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.





Dr. Fizuli Hüseynov,
Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}