“Putin özünü I Pyotr sayır, ətrafı isə ona gerçəyi deməkdən qorxur”

22:19 24.02.2023 1 549
“Putin özünü I Pyotr sayır, ətrafı isə ona gerçəyi deməkdən qorxur”

Britaniyanın “Financial Times” (FT) nəşri Kremlin Ukraynaya qarşı müharibəni başlaması ilə bağlı araşdırma dərc edib.


Prezident Vladimir Putinin yaxın çevrəsinin altı üzvündən (onların hər biri FT-dən anonim qalmağı xahiş edib) müsahibə alan nəşr, Krımın ilhaqı və Ukraynanın işğalı kimi məsələlərlə bağlı qərarların necə qəbul edildiyini təsvir edir.

Nəşrin yazdığına görə, “xüsusi hərbi əməliyyat”a başlamaq qərarı o qədər dar dairə tərəfindən qəbul edilib ki, fakt qarşısında qalan Kremlin yüksək rütbəli məmurları, kabinet üzvləri və biznes elitaları baş verənlərə inana bilməyiblər.

FT-nin həmsöhbətlərindən biri nəşrə bildirib ki, çaşmış oliqarxlar aydınlıq gətirmək üçün xarici işlər naziri Sergey Lavrova (müharibə başlamazdan bir neçə saat əvvəl özü xəbər tutub) müraciət edəndə, o, belə cavab verib: “Onun üç məsləhətçisi var: İvan Qroznı, I Pyotr və Böyük Yekaterina”.

“O, sakrallıq və I Pyotr haqqında deyilən hər şeyə həqiqətən inanır. O, tarixə Pyotr kimi düşəcəyini düşünür”, – Kremlin keçmiş yüksək vəzifəli məmuru FT-yə deyib.

Mənbələr deyirlər ki, Putin mütəmadi olaraq işğal qərarını əsaslandırmağa çalışır, özünü və ətrafındakıları başqa seçimi olmadığına inandırır.

“O, ətrafına deyir ki, bəli, biz tamamilə hazır deyildik, orduda xaos var, sənaye tənəzzüldədir, amma bunu NATO bizi fəth edəndə deyil, indi anlamaq daha yaxşıdır” – qəzetin həmsöhbəti deyir.

FT mənbələri razılaşır ki, müharibə başlayandan sonra Rusiya prezidenti əvvəlki ilə müqayisədə yaxın çevrəsindən daha çox təcrid olunub.

“Stalin bədxah idi, amma yaxşı idarəçi idi, çünki onun yalan danışmaq imkanı qətiyyən yox idi. Putinə isə heç kim həqiqəti söyləyə bilməz. – başqa bir mənbə deyir – Heç kimə etibar etməyən insan, nəticədə ona yalan danışan kiçik bir qrupun söylədiklərinə inanmağa başlayır”.

Kremlin keçmiş yüksək vəzifəli məmuru danışır ki, Putin, Ukraynanın guya Rusiyanın qucağına düşməyə hazır olduğu barədə Medvedçukun danışdığı yalana necə inanıb.

“Medvedçuk deyirsə yağış yağır, yaxşı olar ki, bunu özünüz şəxsən yoxlayasınız – pəncərənin çölündə günəş olacaq. Sorğular keçirilir, xüsusi xidmət orqanları var, Medvedçukun dedikləri əsasında necə ciddi qərar qəbul etmək olar?”, – FT həmsöhbəti təəccübünü gizlətmir.

Lakin Medvedçukun proqnozlarını FSB də təsdiqlədi və bu, Putini zəmanətli qələbəyə inandırdı. Bundan başqa, mənbələr xatırladır ki, hakimiyyətdə olan bəzi Ukrayna siyasətçilərinə verilən külli miqdarda pullar uğuru təmin etməli idi.

Mənbələr bildirir ki, Putinin ətrafı onu fikrindən daşındırmağa cəhd edib. Məsələn, işğaldan üç gün əvvəl Təhlükəsizlik Şurasının iclasında Nikolay Patruşev prezidentdən tələsməməyi xahiş edib:

“O, ordunun necə acınacaqlı vəziyyətdə olduğunu bilirdi və bunu Putinə çatdırmağa çalışırdı. Lakin Putin özünə həddən artıq arxayın idi. Hitler hər şeyi generallarından yaxşı bildiyi kimi, o da hər şeyi öz müşavirlərindən yaxşı bilir”.

Ukrayna ilə müharibədə nüvə silahının mümkün istifadəsinə gəlincə, Putin artıq bu variantı rədd edib, - prezidentə yaxın iki şəxs deyir. Onların fikrincə, o, başa düşür ki, hətta, məhdud taktiki istifadə belə Rusiyaya fayda verməyəcək, radioaktiv buludlar isə Rusiya ərazisinə gələcək.

"Eyni zamanda, o, uzun sürən müharibəyə tamamilə hazırdır, düşünür ki, ölkə iqtisadi təzyiqlərə tab gətirməyin yollarını tapacaq.

O, artıq anlayır ki, müharibənin Rusiya əhalisinin əksəriyyətinə təsir etməyəcəyi barədə danışmaq daha mümkün deyil. Bu, işğaldan sonrakı ilk aylarda, çoxluğun həyatı həqiqətən adi axarda davam etdiyi zaman məqbul idi. İndi o, başqa ritorika seçib – təhlükə qarşısında qüvvələrin səfərbər edilməsi və ümumi birliyin vacibliyi haqqında təntənəli sözlər. Ancaq “Lujniki”dəki son təbliğat konserti üçün stadionu tam doldura bilməməkləri və on minlərlə insanı nağd pul və ya hədə-qorxu ilə toplamaları yeni ritorikanın da işləmədiyini göstərir",
– "Financial Times" yazır. .

"2014-cü ildə Krımı ilhaq etmək qərarına gəldikdə, Putin, hətta, öz Təhlükəsizlik Şurasına da məlumat verməyibmiş", - o zaman prezidentə yaxın olan məmurlardan biri xatırlayır. Müşavirlər onu Krıma qoşun göndərməkdən çəkindirməyə çalışıblar, – mənbə deyir, – lakin Putin onlara açıqca deyib: “Bu, tarixi məqamdır. Əgər bununla razı deyilsinizsə, gedə bilərsiniz”.

Ətrafındakılar xatırlayır ki, o vaxt ən çox da Qrəbin iqtisadi münasibətlərin pozulması qorxusundan yumşaq yanaşması Putini öz qərarının doğruluğa ən çox inandıran amil oldu…
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}