Gürcüstan ziyalıları Zelenskiyə müraciət etdi: “Saakaşvilini rus əsirlərlə dəyişin”

18:58 6.01.2023 1 568
Gürcüstan ziyalıları Zelenskiyə müraciət etdi: “Saakaşvilini rus əsirlərlə dəyişin”

Gürcüstanın bir sıra siyasi və ictimai xadimləri Ukrayna prezidenti Volodimir Zelenskidən sabiq dövlət başçısı Mixail Saakaşvilini Rusiya ilə hərbi əsir mübadiləsi proseduruna daxil etməyi xahiş ediblər.

BECAN.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, Vahid Milli Hərəkat Partiyasının deputatı Nona Mamulaşvili müvafiq müraciəti YouTube-da yerləşdirib.

Müraciətin lentə alınmasında millət vəkilləri, yazıçılar, biznes nümayəndələri, universitet professorları, jurnalistlər, idmançılar iştirak ediblər. Onların fikrincə, Saakaşvilinin azadlığa buraxılması üçün Zelenskinin dünya liderləri üzərində kifayət qədər siyasi çəkisi və təsiri var.

"Düşdüyünüz çətin vəziyyətə və üzləşdiyiniz mürəkkəb problemlərə baxmayaraq, biz sizdən Gürcüstanda Rusiyanın nəzarətində olan hökumətin rəhbərliyi ilə danışmağınızı və əsir mübadiləsi əsasında Gürcüstanın üçüncü prezidentinin azad edilməsinə yardım etməyinizi xahiş edirik. Sizdən xahiş edirik ki, gürcü xalqını Saakaşvilinin ölümündən sonra baş verəcək böyük faciədən və vətəndaş qarşıdurmasından xilas edəsiniz. Saakaşvilini xilas etmək mümkün olmasa, bu faciə bizi qardaş Ukraynadan tamamilə uzaqlaşdıracaq. Siz post-sovet məkanının ən güclü liderlərindən birisiniz” – müraciətdə deyilir.

Gürcüstanın üçüncü prezidentin tərəfdarları Saakaşvilinin əslində Rusiya prezidenti Vladimir Putinin "şəxsi əsirliyində” olduğunu deyirlər. Onlar Gürcüstandakı hazırkı vəziyyəti "sakit işğal” adlandırır və Zelenskidən "gürcü cəmiyyətini tarixi fəlakətdən xilas etməyi” xahiş edirlər. "Siz hamımıza, postsovet xalqlarına və bütün dünyaya azadlıq mübarizəsinin layiqli nümunəsini və hər şeyin mümkün olduğunu göstərdiniz. Bu gün gürcü xalqı da müharibə şəraitində, o cümlədən ölkəmizin mənafeyinə xəyanət edən hakimiyyətlə müharibə şəraitindədir”, - deyə müraciət müəllifləri vurğulayırlar.

Saakaşvilinin Ukrayna vətəndaşı kimi əsir götürülmüş ruslarla dəyişdirilə biləcəyi faktını Mamulaşvili dekabrın 27-də GORDON-a verdiyi eksklüziv müsahibəsində bildirib. O, hesab edir ki, bu gün dünya real vaxt rejimində Saakaşvilinin qətlinin xronikasını gözləyir. Ukraynada isə Rusiya vətəndaşı olan bəzi məhbuslar var. Kreml onların azadlığı naminə bütün addımları atmağa hazırdır. Odur ki, müraciət müəllifləri hesab edirlər ki, Saakaşvilini həmin əsirlərlə dəyişməyə Moskva razı olacaq.

Nizami Bağırov
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}