Bakı və İrəvan arasında sülh olmasa... - ABŞ kəşfiyyatından PROQNOZ

21:03 9.03.2023 1 009
Bakı və İrəvan arasında sülh olmasa... - ABŞ kəşfiyyatından PROQNOZ

ABŞ Kəşfiyyat Birliyi 2023-cü il Milli Təhlükəsizlik Təhdidləri ilə bağlı hesabatını dərc edib.

Hesabatda Ermənistan-Azərbaycan münaqişəsindən də bəhs olunub.

Bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh razılaşması olmasa, münasibətlərin gərgin və bəzən qeyri-sabit qalacağı ehtimalı var.

Kəşfiyyat Birliyi hesab edir ki, hər iki ölkənin hərbi qüvvələrinin dövlətlərarası sərhədə yaxın məsafədə mövcudluğunu davam etdirməsi silahlı qarşıdurma riskini artırır. Kəşfiyyat qarşıdurma olacağı təqdirdə, onun müddəti və intensivliyinin məhdud olacağını düşünür.

Hesabatda, həmçinin qeyd olunub ki, 2021-ci ilin may ayından etibarən həm sərhəddə, həm də Qarabağ bölgəsində toqquşmalar baş verir. Kəşfiyyat toqquşmaların ən şiddətlisinin 2022-ci ilin sentyabr ayında olduğunu qeyd edib.

Müəlliflər sülh danışıqlarında irəliləyişin olduğunu, ancaq bəzi çətin məsələlərin hələ də həll edilmədiyini vurğulayıblar.

Qeyd edək ki, ABŞ Kəşfiyyat Birliyi ölkənin 17 əsas kəşfiyyat xidmətinin fəaliyyətini əlaqələndirmək üçün məsləhətçi orqan kimi fəaliyyət göstərir.(modern.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}