Ermənilər Qarabağa hansı silahları daşıyır? - AÇIQLAMA

21:16 9.03.2023 1 573
Ermənilər Qarabağa hansı silahları daşıyır? - AÇIQLAMA

Ermənistan 10 noyabr sazişinə zidd olaraq Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz hərbi daşımalara davam edir. Mətbuatda yayılan videolarda görünür ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan ərazisindən Azərbaycanın Qarabağ bölgəsinə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərbi daşımalar həyata keçirilir.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi də təsdiq edib. Nazirlik bildirib ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.

Ancaq Ermənistandan Qarabağa gələn yük maşınlarında hansı silahların daşındığı ictimaiyyətə açıqlanmayıb.

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, daşınan silahların 95 faizi Rusiyaya məxsusdur:

"Ermənistan tərəfindən Qarabağa qanunsuz yolla atıcı, iriçaplı silahlar, qumbaratan və onlara lazım olan sursatlar daşınır. Hazırda separatçıların istifadə etdiyi silahlar arasında Rusiya istehsalı olan silahlar üstünlük təşkil edir. Ermənistan tərəfindən Qarabağa silahlı dəstələrin təchizatı üçün daha çox yanacaq-sürtkü materialları, dərman pereparatları, ərzaq və texnikaların təmiri üçün zəruri olan ehtiyyat hissələri daşınır".


Ekspert vurğulayıb ki, müharibədən sonra Ermənistan tərəfindən Azərbaycan ərazisinə ağır texnikalar da daşınıb:

"Separatçıların əlində ağır texnikalar mövcuddur. Bunların müharibədən sonra daşınması haqqında məlumatlara sahibəm, ancaq ictimaiyyətə təqdim etmək üçün vizual görüntülər hazırda əlimdə yoxdur. Təbii ki, Ermənistanın bu cür riyakarlıq etdiyi hər kəsə məlumdur. Hətta, 2021-ci ilin peyk görüntülərində, Xankəndi ətrafında və Ağdərəyə yaxın olan ərazilərdə təxminən 200-ə yaxın texnikanın cəmləşdiyi müşahidə olunub. Onların arasında müasir silah sistemləri olmasa da, həm müdafiə, həm də hücum silahları var idi".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}