Baş nazirin 1-ci müavini yola salınır - SƏBƏB

13:00 11.01.2023 4 619
Baş nazirin 1-ci müavini yola salınır - SƏBƏB

Azərbaycan Respublikası Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılması gözlənilir.

Bu barədə "Unikal" məlumatlı mənbələrə əsasən xəbər verib.

Qeyd edilir ki, 77 yaşlı Eyyubov hazırda hökumətin "köhnə eşalon”undan qalan tək-tük yüksəkçinlilərdən biridir, üstəlik, o indiki vəzifəsində artıq 20 ildən çoxdur ki, çalışır. "Mövcud məmur eşelonunda belə vəzifəli şəxslər, demək olar, qalmayıb. Birinci vitse-premyerlə yaşıd olan yüksək post sahiblərinin çoxu artıq bir müddətdir ki, təqaüddədir” deyən mənbələrimiz Eyyubovun Azərbaycana səfər edən xarici dövlət və hökumət başçılarının hava limanında qarşılanmasından qeyri funksionallığının da gözə dəymədiyini vurğulayıblar.

Bundan başqa, onun Rusiyanın hakim siyasi çevrələri ilə isti münasibətləri də cəmiyyətdə müzakirə mövzusudur. O, hətta Rusiya rəhbərliyi tərəfindən "Dostluq” ordeninə layiq görülüb və həmin orden Kremldə şəxsən Vladimir Putin tərəfindən Eyyubova təqdim edilib. Lakin I vitse-premyeri Rusiya ilə bağlayan yalnız siyasi tellər deyil, belə ki, onun adıçəkilən ölkədə geniş biznesinin olduğu da məlumdur.

Yaqub Eyyubov həmçinin Avropada da biznes şəbəkəsinə malikdir. Hətta Baş nazirin I müavini şəxsi biznesini okeanın o tayınadək genişləndirə bilib. Belə ki, Eyyubovun Kanadada biznesinin mövcudluğuna dair də iddialar mövcuddur.

Bütün bu iddialar indiyədək ortaya atılan iddialar qarşı tərəfdən təsdiqlənməsə də, təkzib də edilməyib.

O da məlumdur ki, Eyyubovun ölkə xaricindəki biznesi isə onun oğullları tərəfindən idarə olunur.

I vitse-premyerlə bağlı ən ilginc məqamlardan biri də Azərbaycandakı şirkətlərin, xüsusilə hərbi sahədə, özəl pay sahibi olması ilə bağlıdır. Məsələ burasındadır ki, Eyyubovu Silahlı Qüvvələrimizlə bağlı tədbirlərdə də görmək olar. Onun həmin tədbirlərdə iştirakı vəzifə səlahiyyəti ilə birbaşa bağlıdır. Lakin sözügedən səlahiyyət Baş nazirin I müavininə ordunun maddi-texniki və hərbi-texniki təchizatına yönəlmiş layihələrdə öz şirkətlərinin üstünlük qazanması üçün də yaxşı fürsət verib. Nəticədə bu şirkətlərin kifayət qədər böyük rəqəmlərlə ifadə olunan satınalmaları qazandığı deyilir.

Bir sözlə, Eyyubovun yalnız yaşı, eyni vəzifədə 20 ildən çox çalışması deyil, eyni zamanda, hökumətdə yüksək post tutmasına baxmayaraq kifayət qədər oliqarxlaşması onun yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılacağına dair məlumatların reallaşma ehtimalını qüvvətləndirir.

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}