Kreml Putin-Ərdoğan danışığının detallarını açıqlayıb

16:21 5.01.2023 1 879
Kreml Putin-Ərdoğan danışığının detallarını açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub...

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin, ilk növbədə enerji sektorunda daha da genişləndirilməsi məsələləri müzakirə edilib. Türkiyədə regional qaz qovşağının yaradılması və Akkuyu AES-in tikintisi kimi strateji əhəmiyyətli birgə layihələrin həyata keçirilməsinin prioritet əhəmiyyəti qeyd edilib.

"Ukrayna ətrafında vəziyyətə toxunulub. Rusiya tərəfindən Qərb dövlətlərinin Kiyev rejimini silah və hərbi texnika ilə təchiz edən, əməliyyat məlumatı və hədəf təyinatı ilə təmin edən destruktiv rolu vurğulanıb. Rəcəb Tayyib Ərdoğanın münaqişənin siyasi həlli üçün Türkiyənin vasitəçiliyinə hazır olması fonunda Vladimir Putin Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib. Amma bir şərtlə ki, Kiyev hakimiyyəti məlum və dəfələrlə səsləndirilən tələblərə əməl etsin və yeni ərazilərlə bağlı realləqları nəzərə alsın. Ukrayna taxılının ixracı və Rusiyadan ərzaq və gübrə tədarükünün dayandırılması ilə bağlı 22 iyul 2022-ci il tarixli İstanbul müqavilələrinin etibarlılığını nəzərdən keçirərkən, Rusiya ixracına bütün maneələrin aradan qaldırılmasını nəzərdə tutan dürüst kompleks yanaşmanın zəruriliyi qeyd edilib. Tərəflər Suriyadakı böhranın nizamlanması perspektivlərinə də diqqət yetirib. 2022-ci ilin dekabrında Rusiya, Türkiyə və Suriyanın kəşfiyyat xidmətləri rəhbərlərinin iştirakı ilə Moskvada keçirilən müdafiə nazirlərinin görüşünə müsbət qiymət verilib. Belə üçtərəfli formatda təmasların inkişafının Suriya Ərəb Respublikasında vəziyyətin əsaslı şəkildə yaxşılaşdırılmasına, o cümlədən onun ərazi bütövlüyünün bərpasına, qaçqınlar probleminin həllinə və beynəlxalq terroçu strukturlara qarşı mübarizə vəzifələrinin həllinə töhfə verəcəyinə ümid ifadə olunub”, -deyə, Kremlin məlumatında qeyd olunub.

Putin və Ərdoğan Yeni il münasibətilə bir-birini təbrik ediblər və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}