"Üctərəfli bəyanat" Ermənistan tərəfindən etibarsız elan oluna bilər?!.

15:23 13.01.2023 1 307
"Üctərəfli bəyanat" Ermənistan tərəfindən etibarsız elan oluna bilər?!.

Ermənistanın spikerindən səsrsəm açıqlama

Azərbaycanın rəsmi səviyyədə Laçın yolunun açıq olduğuna dair çoxsaylı bəyanatlarına baxmayaraq, Ermənistan rəsmiləri israrla məsələni gündəmdə saxlamağa, bundan ucuz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar.

“Azpolitika”: Növbəti belə “qəhramanlığı” Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan göstərib.

O, yerli mətbuata açıqlamasında deyib ki, Ermənistan Laçın yolunun “açılması üçün" Azərbaycanla danışıqlarda iştirak etməyəcək.

Simonyan lideri Paşinyan kimi, yenə həddini aşıb, Xankəndindəki separatçıların Bakı ilə danışa biləcəyini və buna cəhd etdiklərini iddia edib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da yanvarın 10-da keçirdiyi mətbuat konfransında verdiyi bəyanatlarda İrəvanla separatçı rejim arasında guya, hansısa “fikir ayrılığının” olduğunu nümayiş etdirməyə çalışıb. Ancaq İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan qaçması bunun da ermənilərin yeni oyunu olduğunu söyləməyə əsas verir.
Alen Simonyan İrəvanın Laçın yolu ilə danışıqlara niyə daxil olmaq istəməməsini gülünc arqumentlə əsaslandırmağa cəhd edib. O bildirib ki, guya Ermənistan bunu etsə, onda üçtərəfli bəyanatı etibarsız elan etməli olacaq.

“Ermənistanın xarici işlər naziri elə bu səbəbdən həmkarları ilə dekabrda Moskvada keçirilən görüşə qoşulmayıb,” – deyə, spiker növbəti dəfə saxtakarlıq edib.

“Ermənistanın Laçın yolu ilə bağlı danışıqlarda iştirak etməməsini düzgün sayırsınızmı?” - sualına Simonyan cavab olaraq bildirib ki, “Üçtərəfli razılaşmada” Ermənistan tərəfinin Laçın yolu ilə bağlı hər hansı addımları nəzərdə tutulmayıb. Ona görə də, İrəvanın bu danışqlarda iştirak etməyəcəyini, edərsə, bununla 9 noyabr bəyanatının ləğv olacağını iddia edib.

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}