Osman Gündüz: "Zəlzələdə FHN-in funksiyasını "Google" icra etdi"

15:46 4.07.2023 1 164
Osman Gündüz: "Zəlzələdə FHN-in funksiyasını "Google" icra etdi"

"FHN-in funksiyasını Google icra etdi. Zəlzələ ilə bağlı xəbərdarlıq mesajı Google-nin Android platformasından göndərildi. Google "Zəlzələ xəbərdarlığı" xidmətini xarici seysmik qurumların datalarından əldə edərək təqdim edir. İndi əksəriyyət müzakirə edir ki, nə üçün Google ona bu mesajı göndərməyib, yaxud da nə üçün bu mesaj iPhone telefonu işlədənlərə göndərilməyib. Apple şirkətini qınayanlar var. Google-nin xəbərdarlıq mesajından sonra əhali arasında xeyli çaşqınlığın, məlumatsızlığın, hətta dezinformasiyaların yayılması da müşahidə edilib".

Xəbər verilir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) uzun illərdir ki, zəlzələ ilə bağlı mobil tətbiq istifadəyə vermir:

"Heç kim soruşmur ki, bəs FHN -nin xəbərdarlığı, onun mesajları, onun mobil tətbiqləri və mobil xidməti haradadır? Uzun illərdi ki, Fövqəladə Hallar Nazirliyi "112 Mobil Xilasedici" tətbiqini hazırlaya bilməyib. "112" qaynar xətt xidməti aktiv olsa da daha effektiv olan uyğun mobil tətbiq yoxdur. Xatırlayıram ki, 2016-cı ildə ATL şurkəti FHN-nin sifarişi ilə İOS və Android üçün belə bir resurs hazırlamışdı. Lakin sonralar bu mobil resurs hər iki platformadan yığışdırılıb. Sonralar FHN bir neçə dəfə belə bir mobil resursun hazırlanması haqqında mesajlar versə də indiyədək bu reallaşmayıb. Xatırladıram ki, digər ölkələrin əksəriyyətində belə bir mobil resurs aktivdir".

Osman Gündüz deyib ki, bu çox təəssüfləndirici məqamdır:

""112 Mobil Xilasedici" daha operativ reaksiya üçün, ilkin məlumatlandırma və ilkin yardım üçün, əks əlaqə üçün, kordinatın müəyyən edilməsi və yönləndirilməsi üçün, hadisə haqqında daha yetərli məlumatlar almaq üçün indiki zamanda ən effektiv və səmərəli həll yoludur. Maraqlıdır ki, hədsiz geniş resurslara, böyük bir İT idarəyə və komandaya malik olan FHN 7 ildir ki, balaca bir mobil tətbiqi ortaya çıxara bilməyib. Çox düşündürücü və təəssüfləndirici bir haldır".

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}