Qeydiyyata alınan partiyaların sayı 14-ə çatıb

11:35 9.09.2023 2 009
Qeydiyyata alınan partiyaların sayı 14-ə çatıb

Sentyabrın 8-də Ədliyyə Nazirliyi daha iki siyasi partiyanı - Vəhdət Partiyasını (sədr Milli Məclisin deputatı Tahir Kərimli) və Azad Vətən Partiyasını (sədr Akif Nağı) yenidən dövlət qeydiyyatına alıb.

Bundan öncə aşağıdakı partiyalar Ədliyyə Nazirliyində təkrar qeydiyyatdan keçib: Yeni Azərbaycan Partiyası (sədr prezident İlham Əliyev), Ağ Partiya (sədr Tural Abbaslı), Vətəndaş Həmrəyliyi Patiyası (sədr Milli Məclisin deputatı Sabir Rüstəmxanlı), Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev), Milli Cəbhə Partiyası (sədr Milli Məclisin deputatı Razi Nurullyaev), Ana Vətən Partiyası (sədr Milli Məclisin deputatı Fəzail Ağamalı), Haqq Ədalət Partiyası (sədr keçmiş səhiyyə naziri Əli İnsanov), Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə), Ümid Partiyası (sədr, keçmiş deputat İqbal Ağazadə), Böyük Azərbaycan Partiyası (sədr Elşad Musayev), Xalq Partiyası (sədr keçmiş baş nazir Pənah Hüseyn), Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu) yenidən dövlət qeydiyyatına alınıb.

Beləliklə, Ədliyyə Nazirliyinə müraciət edən 27 siyasi partiyadan 14-ü yenidən dövlət qeydiyyatına alınıb.

Bununla yanaşı, ölkənin aparıcı müxalifət partiyaları - Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Respublikaçı Alternativ Partiyası hələ qeydiyyata alınmayıblar.

Partiyaların yenidən qeydiyyatı bu ilin yanvarında qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” yeni qanunun tələbidir. Onun şərtlərinə görə, ən azı 5 min üzvünün reyestr məlumatlarını Ədliyyə Nazirliyinə təqdim edən partiya dövlət qeydiyyatına alına bilər.

Qanun müxalifətin tənqidinə səbəb olub. Venesiya Komissiyası öz rəyində qanunun Avropa Şurası standartlarına uyğun olmadığını bildirib və sənədin yenidən işlənməsini tövsiyə edib. Lakin Azərbaycan hakimiyyəti bu tələblərə məhəl qoymayıb.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}