Saakaşvilinin Əliyev və Paşinyana müraciəti

13:24 25.10.2023 1 428
Saakaşvilinin Əliyev və Paşinyana müraciəti

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa bölgəsinin sabiq qubernatoru Mixeil Saakaşvili Azərbaycan və Ermənistan rəhbərlərinə dinc və birgə yaşayış təklifli müraciət ünvanlayıb.

Bu barədə Turan.az saytı paylaşım edib.

Cənubi Qafqazın üç ölkəsindən birinin rəhbəri olmuş M.Saakaşvilinin fikrincə, hazırda Cənubi Qafqazda, xüsusən Azərbaycanın öz ərazisi - Naxçıvan ilə quru yolu ilə birbaşa əlaqəni təmin edə biləcək dəhlizlə əlaqədar, potensial hərbi qarşıdurma təhlükəsi var. Sabiq prezident hesab edir ki, Rusiya bu münaqişəni qızışdırmaqda maraqlıdır.

Müraciətdə daha sonra deyilir:

"Belə bir müharibə təkcə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmayacaq, həm də Ermənistanda hökumətin dəyişməsinə gətirib çıxara bilər. Lakin bu məsələnin güc tətbiqini nəzərdə tutmayan alternativ həll yolları var.

Azərbaycan və Ermənistan rəhbərliyindən mümkün nümunə kimi Ukrayna və Moldova arasında mövcud olan razılaşmanı nəzərdən keçirməyi xahiş etmək istərdim. Bu iki ölkə bir-birinin sərhədini tanıyaraq, yaxşı qonşuluq münasibətləri saxlayırlar.

Ukraynanın Odessa şəhərindən Odessa bölgəsinin cənub hissəsinə çıxışa ehtiyacı olduğu zaman Moldova həvəslə Dnestryanıdan keçən yolu icarəyə verməyə razılaşıb. Keçmiş Odessa qubernatoru olaraq Ukraynanın Bessarabiya bölgəsinə getməli olduğum zaman Ukrayna sərhədçilərinin nəzarəti altında olan bu icarəyə götürülmüş yoldan (bu yolu mən təmir etmişdim) tez-tez istifadə etmişəm.

Moldova bu sazişdən ticari mənfəət əldə edir. Azərbaycan və Ermənistan arasındakı vəziyyətə buna bənzər həllin tətbiq edilməsi hər iki ölkə üçün sərfəli olardı. Ermənistan ticari və maliyyə üstünlükləri, habelə mühüm tranzit yollarına çıxış əldə edə bilərdi. Bundan başqa, Azərbaycan gələcəkdə Rusiya qoşunlarının iştirakı zərurətindən yayına bilərdi ki, bu da son nəticədə iki ölkə arasında dinc, birgə yaşayışa gətirib çıxarardı".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}