Ukraynaya F-16-ları BU ÖLKƏ verəcək - Müharibənin gedişatı dəyişir?..

14:34 5.02.2023 1 313
Ukraynaya F-16-ları BU ÖLKƏ verəcək - Müharibənin gedişatı dəyişir?..

İşğalın əvvəlində tabu sayılan silah sistemləri bir-birinin ardınca Ukraynaya göndərilir. Əvvəlcə HIMARS çoxsaylı reaktiv yaylım atəşi sistemi, sonra PATRIOT hava hücumundan müdafiə raketləri, nəhayət, “Leopard 2” və “Abrams” əsas döyüş tankları Ukrayna üçün istifadəyə verilib. Kiyev hazırda Amerika istehsalı olan F-16-ları gözləyir.

Musavat.com xəbər verir ki, bununla bağlı Türkiyə mediasında maraqlı təhlil dərc olunub.

Təhlildə qeyd olunub ki, tank göndərilməsi qərarından sonra daha çox gündəmə gəlsə də, döyüş təyyarələri tələbi yeni deyil.

"Ukraynanın Su-24, Su-25, Su-27 və MiQ-29-lara tələbi bir ildir davam edən müharibənin ilk həftələrindən yaranıb. Tank müzakirələrindən göründüyü kimi, NATO müttəfiqləri Ukraynaya qırıcı təyyarələrin göndərilməsinin məqsədəuyğun olub-olmaması ilə bağlı fikir ayrılığı yaşayırlar".

Təhlildə aşağıdakı suallara cavab axtarılıb:

KİM GÖNDƏRƏCƏK?


Əvvəllər "Abrams" tanklarını göndərməkdən imtina edən ABŞ prezidenti Co Bayden, deyəsən, F-16-lar üçün də eyni mövqeyi tutub. Yəni Amerika Birləşmiş Ştatları uzanan F-16 hekayəsində əsas rol oynayacaq.

Təyyarə verməyə ən çox həvəsli olan Polşa NATO müttəfiqləri ilə birlikdə hərəkət edəcəyini açıqlayıb. Fransa tədarükün artmaması və təyyarələrin Rusiya torpaqlarına zərbə endirməməsi şərti ilə Kiyevin üzünə qapını açıb.

İngiltərə və Almaniya isə təyyarələrin göndərilməsinin tərəfdarı deyil.

NİYƏ F-16?


Bəzi hava qüvvələrinin inventarından çıxarmağa başladığı F-16-lar üçün Ukraynanın israr etməsi tanklarda "Leopard 2"lərə üstünlük verməsi ilə oxşar səbəblərə əsaslanır.

"Leopard 2" tankının üstünlüyü ondan ibarətdir ki, o, Qərbin arsenalında ən yaxşı tanklardan biri olmaqla yanaşı, həm də ən çox istifadə edilənlərdən biridir. "Leopard 2"ni idarə edən 20-yə yaxın ölkə ilə bir neçə ölkə Ukraynanı dəstəkləmək üçün öz tanklarının kiçik bir hissəsini çip edə bilər. Çox sayda və bir modellə işləmək Ukraynaya ekipajı öyrətməyi və texniki xidməti idarə etməyi asanlaşdıracaq.

Ukraynanın F-16 təyyaləri istəməyinin səbəbi də eynidir. Kiyev 200 təyyarə tələb edir. F-16-lardan Türkiyə də daxil olmaqla 25-dən çox ölkə istifadə edir.

QIRICILAR MÜHARİBƏDƏ FƏRQ YARADACAQMI?


Ukrayna müharibəsi indiyədək havadan çox quruya yönəlib. Pilotların təlim müddəti nəzərə alınsa, təyyarələrin prioritet olub-olmadığı sual altındadır.

Bəzi ekspertlər iddia edirlər ki, hətta az sayda Qərb döyüş təyyarəsi də əhəmiyyətli dərəcədə çəkindirici təsir göstərə bilər. Ukrayna yazda hücuma keçməyi planlaşdırır. Təyyarələrin bu cəhdə dəstək ola biləcəyi və ya intensiv hücuma hazırlaşan Rusiyanın qarşısını ala biləcəyi proqnozlaşdırılır.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}