Zəngəzur dalanı: Paşinyan niyə tərslik edir?

19:34 12.02.2023 1 264
Zəngəzur dalanı: Paşinyan niyə tərslik edir?

Ekspert: “Böyük sülh müqaviləsi hər şeyə doğru ilk addımdır”

“Regionda kommunikasiyaların açılmasında ən çox Ermənistan maraqlıdır. Azərbaycan və Türkiyənin bu yollara Ermənistandan çox ehtiyacı yoxdur. Onlar isə bu yolların açılmasının qiymətini şişirtməyə çalışırlar”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə Yuxarı Lars vasitəsilə yalnız bir quru əlaqəsi var. Bu yolun da həlli mümkün olmayan problemləri mövcuddur. “Buna görə də regionda kommunikasiyaların, xüsusilə də Ermənistan-Azərbaycan dəmir yolu və avtomobil yolunun açılması bizim AİB (Avrasiya İqtisadi Birliyi-red.) və başqa istiqamətlərdə ticarətimizi əhəmiyyətli dərəcədə artıracaq”, – Paşinyan bildirib.

“Biz 30 ildir blokadadayıq və bu yollar Ermənistandan çox heç kimə, nə Azərbaycana, nə də Türkiyəyə lazım olmadığından, bizi hamıdan çox maraqlandırır. Türkiyə və Azərbaycan Ermənistanı 9 noyabr Üçtərəfli Bəyanatda yazılmayanları həyata keçirməyə məcbur etmək istəyirlər”, – deyə, o, açıq şəkildə Zəngəzur dəhlizinə işarə edib.

Paşinyan bir daha bildirib ki, o, günü sabah “Ermənistan qanunvericiliyi çərçivəsində” yolu açmağa hazırdır.

Paşinyan özü də söyləyir ki, bu kommunikasiyalara ehtiyacı var. Sual da göz qabağındadır: axı, paralel dəmir yolları və avtomobil yolları olan potensial Zəngəzur dəhlizi elə Ermənistanın çox ehtiyac duyduğu kommunikasiyalardır. Bəs İrəvan nə üçün onların öz ərazisindən keçməsinə belə müqavimət göstərir? Axı bu Ermənistan üçün Rusiyaya (Azərbaycanın əsas ərazisindən keçməklə) daimi dəmir yolu marşrutu olacaq və üstəlik, İrana (Naxçıvandan keçməklə) dəmir yolu marşrutu açacaq. İrəvan niyə tərslik edir? Zəngəzur dəhlizinin eksterritoriallığı prinsipinə görə? Amma İrəvan Ermənistandan Laçın dəhlizinin girişində gömrük-sərhəd keçid məntəqəsinin quraşdırılmasının əleyhinə olmadığını bəyan etsə, bu problem də həll oluna bilər.

Tanınmış xarici politoloqlar suallarımızı cavablandırmağa razılıq veriblər.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze hesab edir ki, Ermənistan üçün bu nəqliyyat dəhlizlərinin əhəmiyyətini mütləqləşdirmək və hətta şişirtmək lazım deyil:

"Söhbət reallığın dərk edilməsindən gedir. Siyasət, iqtisadiyyat, ictimai rəy və s. ayrı-ayrılıqda mövcud olmur. Ermənistan cəmiyyətinin təsəvvüründə Azərbaycan və Türkiyə Ermənistanı məhv etmək istəyən düşmən dövlətlərdir. Bu, onilliklər ərzində erməni cəmiyyətinə aşılanıb və bunun üzərində bütöv bir nəsil yetişib. Amma hətta Maslou piramidasında da təhlükəsizlik rifahdan və hətta toxluqdan daha yüksəkdə durur. Bu mürəkkəb sualın sadə cavabı budur. Baxmayaraq ki, asan cavablar yoxdur.
Əslində isə sülh müqaviləsi olmadan, ölkələr və xalqlar arasında minimum etimadın bərpası olmadan iqtisadi fayda gətirən arqumentlərin həlledici rol oynaması ehtimalı azdır. Buna görə də sülh müqaviləsi bağlamaq çox vacibdir. Bu, hər şeyə doğru ilk addımdır."

WeltTrends Beynəlxalq Siyasət İnstitutunun (Potsdam, Almaniya) professoru Alexander Rahr:

"Cənubi Qafqaz regionu üzərindən şaxələndirilmiş kommunikasiya marşrutlarının və tranzit infrastrukturunun tikintisi bütün iştirakçı ölkələrə, xüsusən də Ermənistana dividend gətirməlidir. Ermənistanın indiki təcriddən çıxması faydalıdır. Gələcəkdə Azərbaycandan keçməklə Türkiyə, Rusiya, İran və təbii ki, şərqə malların daşınması üçün açıq sərhədlərin olması da Ermənistan üçün faydalıdır. Bu, məntiqlidir, realdır. Çin özünün İpək Yolunu Qafqazdan keçməklə Avropaya aparır. Avropa Birliyi İpək Yolunu qərbdən şərqə doğru quracaq. Doğrudanmı Ermənistanın bundan kənarda qalması faydalı olacaq?
Türkiyə ilə sərhədin açılması İrəvanın heç bir halda şimaldan cənuba oxşar nəqliyyat marşrutları qurmasına və Rusiya ilə İran arasında ticarət və enerji kommunikasiyaları mərkəzinə çevrilməsinə mane olmayacaq. Əminəm ki, bu kommunikasiya yollarının çəkilməsi ilə bağlı danışıqlar və razılaşmalar Qafqaz torpağına sülh gətirəcək."
(pressklub)

Rauf Orucov
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}