Naxçıvan sakinləri yeni daxili işlər nazirindən narazıdır: “Bütün ümidlərimiz puç oldu”

14:08 2.01.2023 1 712
Naxçıvan sakinləri yeni daxili işlər nazirindən narazıdır: “Bütün ümidlərimiz puç oldu”


Naxçıvanın yeni daxili işlər naziri Süleyman Neymətovun qəbulunda olan şikayətçilər, onun davranışlarından narazı olduqlarını dilə gətiriblər.
Bu barədə Yenixeber.org "Gündəlik Naxçıvan"-a istinadən məlumat yayıb. Sayt yazır: "Narazılıqla bağlı redaksiyamıza dekabrın 31-də qəbulda olan sakinlərin özləri məlumat verib. Şikayətçilər deyir ki, yeni nazir onlarla nəzakətsiz və kobud davranıb, qaldırılan problemlərin həll edilib-edilməyəcəyi ilə bağlı isə konkret danışmayıb. Onlar deyir ki, qəbulda şikayətlər əsasən müxtəlif vaxtlarda baş vermiş polis zorakılığı, şöbələrdə psixoloji və fiziki təzyiq, rüşvət və digər hallar ilə bağlı olub.
Babək rayon sakini N.Həsənov (ad şərtidir) deyir ki, qəbula düşmək üçün, bir neçə dəfə nazirliyə getməli olub:
"Cümə axşamı dedilər ki, qəbul şənbə günü olacaq. Sevincək getdim ki, dərdimi danışım. Nazir 16 nəfəri eyni anda qəbul etdi. Ancaq özünü təriflədi, şikayətçilərə danışmaq üçün yaxşı imkan yaratmadı. Çox kobud, nəzakətsiz və aqressiv davranırdı. Əvvəlki nazirlərdən də betər. Köhnələr yeni nazirdən daha mədəni idilər. Belə görürük ki, Naxçıvandakı dəyişikliyin sadə camaata heç bir müsbət təsiri olmayacaq. Sadəcə, əl dəyişdi".
Adının çəkilməsini istəməyən digər şikayətçi də qəbuldan narazı çıxdığını deyir:
"Mənim şikayətim polisdəki rüşvətlə bağlı idi. Nazir sözümüzü axıra kimi çatdırmağa imkan vermirdi. Bizi heç, normal dinləmək də istəmirdi. Yeni dəyişikliklərlə bağlı bütün ümidlərimiz puç oldu. Heç, demədi ki, problem həll olacaq, ya yox. Görünür, rüşvət bunların həssas yeridi. Həll olunmasını istəmirlər"
Məsələ ilə bağlı Naxçıvan DİN açıqlama verməyib."
BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}