Rəsmi şəxslər Aranlı məktəbini ziyarət ediblər

18:40 12.01.2023 1 084
Rəsmi şəxslər Aranlı məktəbini ziyarət ediblər

Qalmaqallı məktəbdə yeni tədris binası tikiləcək

Bu gün elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbində olublar.

Elm və Təhsil Nazirliyindən Musavat.com-a verilən məlumata görə, məktəbdə mövcud şəraitlə yaxından tanış olan qonaqlar məktəb kollektivi və valideynlərlə görüşüb, onlarla səmimi söhbət aparıblar.

Nazirin müşaviri Elnur Nəsibov son günlər sözügedən məktəblə bağlı gündəmə gələn məsələyə diqqət çəkərək bildirib ki, Elm və Təhsil Nazirliyi vətəndaşların, eləcə də müəllimlərin, şagirdlərin müraciət və problemlərini hər an dinləməyə hazırdır və bu məsələlərə xüsusi həssaslıqla yanaşaraq onların çevik həllinə çalışır. Məktəbdə sağlam pedaqoji mühitin mövcudluğunun əsas şərtlərdən biri olduğunu vurğulayan Elnur Nəsibov məhz belə mühitin təhsil müəssisəsinin göstəricilərinin daha da yaxşılaşmasına və onun inkişafına şərait yaratdığını bildirib. Məktəb infrastrukturunun yenidən qurulması istiqamətində görülən işləri diqqətə çatdıran nazirin müşaviri Mil-Muğan regionundakı qəzalı vəziyyətdə olan məktəblərin yenidən tikintisi və ya əsaslı təmiri ilə bağlı işlərin davamlı olaraq həyata keçiriləcəyini bildirib. Elnur Nəsibov həmçinin qəzalı vəziyyətdə olan Aranlı kənd 1 nömrəli tam orta məktəbi üçün cari ildə yeni tədris binasının layihələndirmə işlərinə başlanılacağını vurğulayıb.

G.Səfərova təmsil etdiyi qurumun vətəndaşları dinləməyə hər zaman açıq olduğunu və bu kimi məsələlərin xüsusi diqqətdə saxlanıldığını əlavə edib. Daha sonra kollektivin, eləcə də valideynlərin şikayət və təklifləri dinlənilib, bu məsələlərin həlli yönündə müvafiq işlərin aparılacağı qeyd edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəmişdi. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaratmışdı.

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}